Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində 13 fevral
1988-ci ildən başlanan erməni separatizmi zamanında qətiyyət göstərilərək
qarşısı alınmadığından müxtəlif mərhələlər
keçərək 1991-ci ilin ikinci yarısından etibarən açıq müharibə mərhələsinə qədəm
qoydu. Həmin dövrlərdə Azərbaycana rəhbərlik etmiş şəxslərin yarıtmaz fəaliyyəti
ucbatından, baş verən hadisələri düzgün qiymətləndirərək lazımı qabaqlayıcı tədbirlər
görməmələri səbəbindən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf yeddi
rayonun, o cümlədən Cəbrayıl rayonunun ərazisi 1993-cü ilin avqust ayının 23-də
ermənilər tərəfindən işğala məruz qaldı. İşğala məruz
qalan digər rayonların əhalisi kimi Cəbrayıl rayonunun əhalisi də ata-baba
yurdlarını tərk etmək məcburiyyətində qalaraq, respublikanın ayrı – ayrı
rayonlarına səpələndi və ağır məşəqqətli həyat tərzi yaşamlı oldular. Ulu Öndər
Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra digər
sahələrlə yanaşı Ordu quruculuğu diqqət mərkəzinə götürülərək, mövcud imkanlar səfərbər olundu və düşmənə tutarlı zərbə vurularaq geri oturduruldu
və Ermənistan atəşkəsə razlıq verməyə məcbur edildi. Ulu Öndər
Heydər Əliyev tərəfindən başlanmış siyasi kurs, cənab Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildi. Azərbaycanda
ictimai-siyasi sabitlik yaradılaraq, hər
bir sahədə, o cümlədən Ordu quruculuğu
sahəsində davamlı, planlı iş aparıldı. Cənab Prezident
İlham Əliyev düzgün olaraq müəyyənləşdirəndə ki, ermənilər məsələnin sülh yolu
ilə həllinə heç vaxt razı olmayacaq, bu
işə məsul olan ATƏT-in Minsq Qrupu problemin həllini uzatmaqla Azərbaycan
xalqını mövcud məğlubiyyətlə barışdırmaq niyyətini güdür, onda cənab Prezident
Qarabağ problemini həll etmək üçün yeni bir strategiya müəyyənləşdirdi və bu
strategiyanın adı hərbi-siyasi yolla problemin həlli variantıdır. Aparıcı dövlətlərin,
dünyanın əsas güc mərkəzlərinin təqib və təzyiqlərinə məhəl qoymadan özünün müəyyənləşdirdiyi
həll variantını tədbiq edərək, məsələnin Azərbaycanın xeyrinə bitirilməsi
istiqamətində qətiyyətli addımlar atdı və iqtisadiyyatı gücləndirərək, güclü iqtisadiyyat hesabına regionun ən qüdrətli
Ordusunu yaratdı. Maddi-texniki təminatla
yanaşı, mənəvi-psixoloji və fiziki hazırlığı yüksək, mütəmadi təlimlərdən
keçmiş müasir Ordu formalaşdırmağa nail oldu. Azərbaycan Ordusu cənab Prezident, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında 2016-cı ilin aprel ayında qısamüddətli döyüşdə
iştrak etməklə, nəyə qadir olduğunu döyüş meydanında təsdiq etdi.Cəmi üç gün yarım davam edən Aprel döyüşlərində Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmənə
sarsıdıcı zərbələr endirərək bir neçə istiqamətdən ermənilərin əfsanələşdirdiyi,
Ohanyan xətti adlandırdıqları müdafiə xəttini
yararaq, bir neçə kilometr irəliləməyi
bacardı, düşmənin çoxsaylı texnikasını və canlı qüvvəsini məhv etdi. Məşhur “Lələtəpə” yüksəkliyini və ətraf əraziləri
nəzarət altına alaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini erməni
işğalından azad etdi.Qısamüddətli
döyüş əməliyyatlarının bitməsindən dərhal sonra Cocuq Mərcanlı kəndi yenidən
inşa edilərək “Böyük Qayıdışın” əsası qoyuldu. 2020- ci ilin sentyabrın 27-də
başlanan Vətən müharibəsini 2016-cı ilin Aprel döyüşlərinin davamı adlandırsaq
heç də yanılmarıq. Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin qətiyyəti,
onun yaratdığı Silahlı Qüvvələrimizin
qüdrəti və xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında sıx birliyi
hesabına işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi, Ermənistan
ordusu aldığı zərbələrdən damadağın oldu, Ermənistan kapitulyasiya aktına imza
atmağa məcbur oldu. 10 nayabr 2020-ci il
tarixli üç tərəfli bəyanatın şərtinə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları
erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycan Ordusunun nəzarətinə
keçdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Cəbrayıl rayonu işğal altında olan rayonlardan
ən öncə azad edilmişdir. Hələ oktyabr ayının 4-də Cəbrayılın işğaldan azad
olunması müjdəsini cənab Prezident İlham Əliyev şəxsən özü təqdim etmişdir. Müharibə
bitdikdən dərhal sonra cənab Prezident İlham Əliyev müvafiq dövlət qurumlarına
işğaldan azad olunmuş ərazilərdə tikinti və yenidənqurma işlərini vaxt itirmədən
aparmaq üçün lazımi tədbirlər görülməsini tapşırmışdır. Cənab Prezident İlham
Əliyevin nəzarəti altında tikinti və yenidənqurma işləri yüksək sürətlə icra
olunmaqdadır. Şuşada və işğaldan azad
olunmuş digər rayonlarda tikinti və yenidənqurma işləri, irimiqyaslı
infrastruktur layihələri icra olunmaqdadır. Zəngilan
rayonunun Ağalı qəsəbəsində “Ağıllı kənd” layihəsinin tezliklə icra olunaraq, əhalinin
həmin qəsəbəyə köçürülməsi xalqımız üçün mühüm hadisədir. Biz artıq əbədi
olaraq Qarabağa qayıtmışıq. Çox keçməz işğaldan azad olunmuş bütün yaşayış məntəqələrimizdə
tikilib, abadlaşar və həyat əvvəlki ahənginə
qayıdar. Qarabağda,
Zəngəzurda Azərbaycandır! Vahid Əliyev,
YAP Xocalı rayon təşkilatının sədri